Sabah 5 qəsəbədə su olmayacaq

Sabah 5 qəsəbədə su olmayacaq
  27 İyun 2018    Oxunub:1115
Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar sabah gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
“Azərsu” ASC-dən AzVision.az-a verilən məlumata görə, qurum istehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş edir. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər: Azərsu  





Xəbər lenti