“Aprel döyüşlərində düşmənin bel sütununu sındırdıq” - Kərim Vəliyev

“Aprel döyüşlərində düşmənin bel sütununu sındırdıq” - Kərim Vəliyev
  30 İyun 2018    Oxunub:3048
"Azərbaycan Ordusu işğal altındakı torpaqların azad olunması istiqamətində hazırlıqlarını davam etdirir. Bunun üçün mütəmadi təlimlər keçirilir, Ordunın maddi-texniki bazası gücləndirilir”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev deyib.

K.Vəliyev qeyd edib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif qətnamələr, qərarlar qəbul etsələr də, münaqişənin həllinə laqeyd və ikili standartlarla yanaşırlar: “Ona görə də biz torpaqlarımızı işğaldan azad etmək üçün hazırlıqlarımızı davam etdiririk. Düzdür, heç kəs istəmir ki, qan tökülsün. Amma Ali Baş Komandanın əmr verdiyi an torpaqlarımızı işğaldan azad etməyə hazır olacağıq”.

General-leytenant vurğulayıb ki, Azərbaycan Ordusu iyunun 26-da keçirilən hərbi paradda öz gücünü dünyaya nümayiş etdirdi: “Ölkə başçısı tərəfindən Azərbaycan Ordusunda aparılan islahatlar artıq öz müsbət təsirini göstərir. Bu gün bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Düşmən ordumuzun gücünü hiss edir və böyük təlaş içərisindədir. Aprel döyüşlərində biz ermənilərə gözləmədikləri zərbəni vurduq və düşmənin bel sütununu sındırdıq. Ermənistan rəhbərliyi əvvəlcə məğlubiyyətlərini etiraf etmək istəmirdilər. Lakin sonra Ermənistanda baş verən hadisələr göstərdi ki, işğalçı rejim məhz aprel döyüşlərindən sonra sarsıldı. Əgər Ermənistan aprel döyüşlərində məğlub olmamışdısa, onların hərbi rəhbərliyi niyə dəyişdi? Ermənistanın müdafiə nazirinin keçmiş müavini Qriqoryanın həbs edilməsi və ortaya çıxan faktlar düşmən ordusundakı xaosu hamıya nümayiş etdirdi”.

AzVision.az


Teqlər: Ordu   Kərim-Vəliyev  





Xəbər lenti