Bakıda sərnişin sıxlığı: Ehtiyat avtobuslar cəlb olundu

Bakıda sərnişin sıxlığı: Ehtiyat avtobuslar cəlb olundu
  04 İyul 2018    Oxunub:1676
Günün pik saatı olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə edilir.
BakI Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir.

"Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir.

Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edirik".

AzVision.az


Teqlər: BNA   metro   sıxlıq  





Xəbər lenti