"QMİ-də heç vaxt radikal qrup yaranmayıb" - Aparat rəhbəri

"QMİ-də heç vaxt radikal qrup yaranmayıb" - Aparat rəhbəri
  10 İyul 2018    Oxunub:1755
"Mən birmənalı olaraq bəyan edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi yarandıqdan sonra, ən azı müstəqillik dönəmində onun tərkibində bir dənə də olsun radikal qrup, radikal cərəyan yaranmayıb. Azərbaycanda islam təmayülü bu cür cərəyanların olmamasını söyləmək fikrində deyiləm. Amma onların məhz QMİ-nin stukturunda, icmalarında yaranmasını təkzib edirəm".
AzVision.az xəbər verir ki, bunu “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Aparat rəhbəri Simran Həsənov deyib.

Onun sözlərinə görə, islam dininin radikalizmlə heç bir əlaqəsi yoxdur:"Ümumiyyətlə, bütün səmavi dinlər səbr və.təmkin konsepsiyasına əsaslanır. Oksford Universitetinin bir professoru radikalizmi psixoloji xəstəlik adlandırıb. Ümumdünya Səhiyyə Təşkilatından xahiş olunub ki, bu, xəstəliklərin siyahısına salınsın. Həqiqətən də dini radikalizmin mahiyyətini araşdırdıqda onun psixoloji xəstəlik olması qənaətinə gəlirsən".

S.Həsənov qeyd edib ki, son illər ərzində Azərbaycanda dini radikalizmin qarşısının alınması üçün çoxsaylı tədbirlər keçirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: QMİ  





Xəbər lenti