Şəmkirdə yanğın: Helikopter cəlb olunub

Şəmkirdə yanğın: Helikopter cəlb olunub
  11 İyul 2018    Oxunub:3644
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.
FHN-dən AzVision.az-a bildiriblər ki, yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin “Mi-17” helikopteri cəlb olunub. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti