"105 insan alveri cinayəti müəyyən edilib"- Vilayət Eyvazov

"105 insan alveri cinayəti müəyyən edilib"- Vilayət Eyvazov
  14 İyul 2018    Oxunub:6570
"Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı mübarizə tədbirləri səmərəli olmaqla bu sahədə müəyyən edilmiş 1708, o cümlədən satışı ilə bağlı olan 525 fakt üzrə cinayətkarlardan 734,4 kiloqram narkotik vasitə götürülüb ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 131 kiloqram çoxdur"
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

V.Eyvazob bildirib: "Xüsusi plan əsasında cari ilin may ayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya edilən və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib".

Birinci müavin qeyd edib ki, insan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlərin ardıcıl davam etdirildiyi, 105 insan alveri cinayətinin müəyyən edildiyi, 18 nəfərdən ibarət 8 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 17 nəfərin məhkəmə məsuliyyətinə cəlb olunduğu, habelə insan alverinin qurbanı olmuş 66 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edildiyi diqqətə çatdırılıb.

AzVision.az


Teqlər: DİN   Vilayət-Eyvazov  





Xəbər lenti