ANAMA-nın 20 illiyi qeyd olundu - FOTOLAR

ANAMA-nın 20 illiyi qeyd olundu - FOTOLAR
  19 İyul 2018    Oxunub:6329
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaranmasının 20-ci ildönümü münasibətilə mərasim keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə ANAMA-nın rəhbərliyi, Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri iştirak ediblər.



Mərasimdə çıxış edən ANAMA-nın direktoru Qəzənfər Əhmədov 20 il ərzində görülən işlər barədə məlumat verib. O qeyd edib ki, hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə malikdir.

O, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.



Sonra çıxış edən Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin təbrikini çatdırıb.

Prezidentin köməkçisi qeyd edib ki, agentlik fəaliyyətə başladığı dövrdə digər qurumlarla təcrübə mübadiləsi aparıb. O, ANAMA-nın 20 illik fəaliyyətini müsbət qiymətləndirib.

Tədbir çıxışlarla davam edib. Sonda ANAMA-nın 20 illik fəaliyyətinə həsr edilən video-çarx nümayiş olunub.









































Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti