Hacıyev Tbilisidə erməni nümayəndəni susdurdu
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri çıxış edərək Ermənistanın media və söz azadlığından sui-istifadə edərək həyata keçirməyə cəhd etdiyi pozuculuq fəaliyyətindən danışıblar.
XİN sözçüsü daha sonra deyib: “Ermənistan hökuməti beynəlxalq hüquqa və qanunlara zidd olaraq beynəlxalq media nümayəndələrini aldadıb və yaxud da digər formalarla sövq edib Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərə gətirir. Ermənistan hökuməti bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edir və bu rejimin legitimləşdirilməsi istiqamətində əsassız səylər göstərir.
Konfransda iştirak edən Ermənistan nümayəndəsi çaşqın halda H.Hacıyevin çıxışına irad bildirmək istəsə də onun bu cəhdi baş tutmayıb.
H.Hacıyev daha tutarlı faktlarla Ermənistanın məkrli, təcavüzkar siyasətini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
AzVision.az
Teqlər: XİN Hikmət-Hacıyev