Paşinyan: “İlham Əliyevlə görüşməyə hazıram”

Paşinyan: “İlham Əliyevlə görüşməyə hazıram”
  26 İyul 2018    Oxunub:6923
“Mən Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə üz-üzə görüşməyə hazıram”.

AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Al-Jazeera” kanalına müsahibəsində deyib.
O, həmçinin ölkəsində mövcud korrupsiyadan, hakimiyyət dəyişikliyindən və Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Paşinyan bildirib ki, rəsmi İrəvan heç bir şərt olmadan Ankara ilə diplomatik münasibətlər qurmağa hazırdır. Bundan əlavə, o qeyd edib ki, Ermənistan tərəfdən Türkiyə ilə sərhədlər heç zaman bağlı olmayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Paşinyan   İlham-Əliyev   Qarabağ  





Xəbər lenti