Şəmkir sakini dostunu güllələdi

Şəmkir sakini dostunu güllələdi
  15 Avqust 2018    Oxunub:1352
Avqustun 14-də Şəmkir şəhəri ərazisində yaşayan Oruc Həsənovun həyətində tanışı olan Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib, sonuncu tüfəngdən açdığı atəşlə O.Həsənovun sol əl nahiyəsinə xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Niftalıyev saxlanılıb və hadisədə istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi götürülüb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti