Dövlət büdcəsinə gömrük daxilolmaları artıb

Dövlət büdcəsinə gömrük daxilolmaları artıb
  17 Avqust 2018    Oxunub:1091
Bu ilin yanvar-iyul ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 941 milyon 158,40 min manat təşkil edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmaları 513 milyon 325 min manat çoxdur.

Yeddi ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 498 milyon 119 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 milyard 328 milyon 808,30 min manat, aksizlər üzrə 93 milyon 504,30 min manat, yol vergisi üzrə isə 20 milyon 726,80 min manat təşkil edib.

AzVision.az


Teqlər: DGK   Gömrük   Büdcə  





Xəbər lenti