Astarada narkotik alverçisi saxlanılıb
Aparılan araşdırmalarla A.Kərimovun həmin psixatrop tərkibli maddəni Astara rayonunun Ərçivan qəsəbə sakini İbrahim Əliyevdən aldığı müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əliyev 4,2 qram çəkidə narkotik vasitə olan tiryəki satarkan saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Ərçivan qəsəbəsindəki yaşadığı evə baxış keçirilən zaman evin zirzəmisindən 4 bükümdə 5 kiloqram 200 qram çəkidə narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.
Fakt üzrə Astara RPŞ-də araşdırma aparılır.
AzVision.az