Angela Merkel Bakıdadır - FOTO+VİDEO

Angela Merkel Bakıdadır - FOTO+VİDEO
  25 Avqust 2018    Oxunub:9920
Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel avqustun 25-də Azərbaycan Respublikasına səfərə gəlib.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.





Almaniyanın Kansleri Angela Merkeli hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az


Teqlər: Angela-Merkel   Səfər  





Xəbər lenti