Yol polisinin gecə reydi: gərginlik yaşandı - VİDEO

Yol polisinin gecə reydi: gərginlik yaşandı - VİDEO
  29 Avqust 2018    Oxunub:2479
Bakıda gecə saatlarında qaydaları pozan sürücülərə qarşı reyd keçirilib.
Maşınını sərxoş halda sürən və əsasən polisin “saxla” əmrinə tabe olmayanlara qarşı təşkil olunan reyddə mübahisəli anlar yaşanıb.

Binəqədi rayon ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilib. Amma sürücü polisin əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Daha sonra yol polisləri tərəfindən Rəsulzadə qəsəbəsi ərazisində saxlanılan sürücü sənədlərini təqdim etməkdən boyun qaçırıb.

Reyd zamanı sənədlərini təqdim etməkdən boyun qaçıranlardan savayı əmrə tabe olmayanlar və başqa qanun pozucuları qeydə alınıb və həmin sürücülərə qarşı qanunun tələblərinə uyğun tədbirlər görülüb. (ARB TV)



AzVision.az


Teqlər: DYP   Reyd  





Xəbər lenti