Kreml təsdiqlədi: İlham Əliyev Putinlə Soçidə görüşəcək

Kreml təsdiqlədi: İlham Əliyev Putinlə Soçidə görüşəcək
  31 Avqust 2018    Oxunub:3519
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında sentyabrın 1-də Soçi şəhərində görüş keçiriləcək.
AzVision.az Kremlin saytına istinadən xəbər verir ki, liderlər gündəlikdə olan bir sıra mühüm məsələlər daxil olmaqla, qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.

Bundan əlavə, aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Danışıqların yekununda bir sıra hökumətlərarası və qurumlararası sənədlərin imzalanması gözlənilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Putin  





Xəbər lenti