İsmayıllıda manyak peyda olub

İsmayıllıda manyak peyda olub
  04 Sentyabr 2018    Oxunub:8445
Son günlər İsmayıllı rayonunda qeyri-adi hadisə yaşanır. Artıq 10 gündən çoxdur ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında rayon sakinlərinin evlərinə girərək oğurluq edir. Maraqlısı odur ki, onlar evlərdən pul və ya qızıl-zinət əşyalarını deyil, qadınların alt paltarlarını oğurlayırlar.
Rayon sakinlərinin AzVision.az-a verdiyi məlumata əsasən, artıq bir neçə evdə eyni hadisə təkrarlanır. Oğurlanan əşyalar isə daha sonra rayon qəbirstanlıqlığında məzarların, baş daşlarının üstünə asılmış vəziyyətdə tapılır. Baş verən hadisədən narahatlıq keçirən rayon sakinləri artıq polisə də məlumat veriblər.

İsmayıllı Rayon Polis İdarəsindən AzVision.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Polis idarəsinə məlumat daxil olub. Hazırda araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra isə məsələ barəsində ətraflı məlumat vermək mümkün olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: İsmayıllı   manyak  





Xəbər lenti