Azərbaycanlı bacılar İsveçdə deputat seçildilər

Azərbaycanlı bacılar İsveçdə deputat seçildilər
  10 Sentyabr 2018    Oxunub:13892
Ötən gün İsveçdə baş tutan parlament seçkilərində azərbaycanlı xanım siyasətçi Aylin Fazelian “Sosial-demokrat “partiyasından İsveç parlamentinə, onun bacısı Ayda Kərimli isə “Mərkəz” partiyasından əyalət millət vəkili seçilib.
Bu barədə AzVision.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.

Bildirilib ki, hazırda 26 yaşı olan Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. O, 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir. Aylin Fazelian isə 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.







AzVision.az


Teqlər: İsveç   Deputat  





Xəbər lenti