Bu yollarda rənglənmə işləri görülür

Bu yollarda rənglənmə işləri görülür
  11 Sentyabr 2018    Oxunub:790
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Şıxov qəsəbəsindən keçən hissəsində, həmçinin Bakı şəhəri, Neftçilər prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Rixard Zorge küçəsi ilə kəsişməsinədək olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri görülür.
Bu barədə AzVision.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Bundan başqa, qeyd olunan yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş edilir.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti