Keçmiş məhkum tanışını qətlə yetirib

Keçmiş məhkum tanışını qətlə yetirib
  12 Sentyabr 2018    Oxunub:919
Sentyabrın 11-də Sabunçu rayonu ərazisində yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə B.Cəfərov saxlanılıb.

AzVision.az


Teqlər: Qətl   Bakı   DİN  





Xəbər lenti