Aşura günü qanvermə aksiyası keçiriləcək - SİYAHI

  14 Sentyabr 2018    Oxunub : 902
Aşura günü qanvermə aksiyası keçiriləcək - SİYAHI
Hər il olduğu kimi, bu il də Məhərrəm ayının 10-cu günü - Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, aksiyalar 20 sentyabr 2018-ci il tarixində Bakı və regionlarda təşkil olunacaq.
Könüllü aksiyada iştirak etmək arzusunda olan vətəndaşlar aşağıdakı ünvanlara gələrək qan verə bilərlə:

Bakı şəhəri üzrə:

- Binəqədi rayonu “İmam Əli məscidi”,
- Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”,
- Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,
- Nizami rayonu “Şah Abbas məscidi” ,
- Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”,
- Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”,
- Suraxanı rayonu “Qaracuxur məscidi”,
- Yasamal rayonu “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi”.

Əvvəlki illərdən fərqli olaraq vətəndaşların istəklərini nəzərə alıb regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub.

Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:

- Gəncə şəhəri “İmamzadə kompleksi”,
- Lənkəran şəhəri “Böyük bazar məscidi”,
- Mingəçevir şəhəri “Heydər məscidi”,
- Sumqayıt şəhər “Cümə məscidi”,
- Şəki şəhəri “İmam Əli məscidi”,
- Mərkəzi Qan bankının Şırvan bölməsi,
- Ağcabədi Mərkəzi rayon xəstəxanası,
- Beyləqan Mərkəzi rayon xəstəxanası,
- Bərdə rayonu “Bərdə İmamzadəsi”,
- Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı),
- Cəlilabad Mərkəzi rayon xəstəxanası,
- Xaçmaz şəhər məscidi,
- Ağsu rayon mərkəzi xəstəxanası,
- Qan bankının Quba bölgəsi,
- Masallı şəhər Cümə məscidi.

Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

AzVision.az

Teqlər: Səhiyyə-Nazirliyi   Aşurə