Füzulidə əl qumbarası aşkarlanıb

Füzulidə əl qumbarası aşkarlanıb
  16 Sentyabr 2018    Oxunub:2591
Sentyabrın 15-də saat 14:40-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və saat 15:08-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə fermanın yaxınlığına baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd təlim məqsədli RQD-5 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

AzVision.az


Teqlər: ANAMA   Füzuli  





Xəbər lenti