Sudanlı rəsmilər “Azərkosmos”da

Sudanlı rəsmilər “Azərkosmos”da
  25 Sentyabr 2018    Oxunub:2172
Azərbaycan parlamentinin yaradılmasının 100-cü ildönümü münasibətilə ölkədə səfərdə olan Sudan parlamentinin spikeri İbrahim Əhməd Ömər rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Azərkosmos” ASC-yə gəlib.
AzVision.az dövlət şirkətinə istinadən xəbər verir ki, səfər çərçivəsində spiker İbrahim Əhməd Ömər və “Azərkosmos”un nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər, “Azersky” – Yer səthinin məsafədən müşahidə peykindən əldə edilən peyk təsvirləri vasitəsilə “Azərkosmos”un kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi sahəsində yerinə yetirdiyi layihələr və bu günlərdə orbitə buraxılacaq “Azerspace-2” telekommunikasiya peyki barədə geniş məlumat verilib.

Görüş əsnasında İbrahim Əhməd Ömər Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Həmçinin, görüşdə Sudanda milli peyk operatorunun yaradılması, kosmik sahədə yüksək ixtisaslı peşəkar kadrların hazırlanması, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində Azərbaycanın təcrübəsini öyrənmək niyyəti vurğulanıb.

AzVision.az


Teqlər: Azerkosmos   Sudan  





Xəbər lenti