Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb

Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb
  25 Sentyabr 2018    Oxunub:1794
Sentyabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bolqarıstan Respublikası Baş nazirinin İctimai Asayiş və Təhlükəsizlik üzrə müavini – Müdafiə naziri cənab Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələtində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, həmçinin ölkələrin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

AzVision.az


Teqlər: MN   Bolqarıstan  





Xəbər lenti