Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb

Məmmədyarov ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb
  26 Sentyabr 2018    Oxunub:1912
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ves Miçel ilə görüşüb.
XİN-dən AzVision.az-a verilən məlumata görə, görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti