"Türkiyə İndoneziyaya hər cür yardım göstərməyə hazırdır"- Ərdoğan

"Türkiyə İndoneziyaya hər cür yardım göstərməyə hazırdır"- Ərdoğan
  30 Sentyabr 2018    Oxunub:1885
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada baş verən zəlzələ və sunami fəlaktinə görə İndoneziya xalqına baş sağlığı verib.
O, bu barədə "Tvitter" sosial şəbəkəsində yazıb.

"İndoneziyada baş vermiş zəlzələ və sunami fəlakətində həyatlarını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Qardaş İndoneziya xalqının başı sağ olsun. Türkiyə İndoneziyanın yaralarının sağlması üçün hər cür yardım göstərməyə hazırdır",-deyə prezident bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti