"Dərslər sentyabrın 1-i başlasın"- Deputatdan təklif

"Dərslər sentyabrın 1-i başlasın"- Deputatdan təklif
  01 Oktyabr 2018    Oxunub:1899
Azərbaycanda təhsil ilinin sentyabrın 1-də başlanması təklif edilir.
AzVision.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli çıxış edib. Deputat qeyd edib ki, dərslərin sentyabrın 15-də başlanması təshil sisteminin pozulmasına səbəb olur. Onun sözlərinə görə, yeni tədris ilinin sentyabrın 15-də başlanması istirahət və məktəbə hazırlıq məsələlərində valideynlər üçün xeyrli ola bilər:

“Lakin uşaqların yaxşı təhsil alması üçün yenidən dərs ilin sentyabrın 1-də qaytarılması daha düzgün olardı”.

Deputat çıxışı zamanı məktəblərdə dərs yükünün azaldılması məsələsinə də toxunub. O, deyib ki, uşaqlara yüklənən vəsait onların sağlamlığına ziyan vurur: “ Uşaqlar artıq öz çantalarını daşıya bilmir. Onlara ya sürücü ya da valideynlər kömək edir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MM   Deputat  





Xəbər lenti