Bakı metrosu gücləndirilmiş rejimə keçəcək

Bakı metrosu gücləndirilmiş rejimə keçəcək
  03 Oktyabr 2018    Oxunub:1878
Oktyabrın 4-də Bakı Metropoliteni UEFA Avropa Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu ilə bağlı gücləndirilmiş iş rejimində çalışacaq.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzVision.az-a açıqlamasında deyib ki, stadionda keçirilən tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planı var.

Belə ki, plana uyğun olaraq, "Koroğlu" stansiyası oyuna 2 saat qalmışdan futbol matçı başa çatması ilə əsas tamaşaçı kütləsinin axını tam tənzimlənənə qədər gücləndirilmiş rejimində işləyəcək.

"Zərurət yaranacağı təqdirdə xəttə ehtiyat qatar veriləcək. Sərnişinlərin metronun "Koroğlu" stansiyasının xidmətindən tam təhlükəsiz və rahat istifadə etməsi təmin olunacaq".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda Avropa Liqasında "Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında saat 20:55-də oyun keçiriləcək.

AzVision.az


Teqlər: Metro  





Xəbər lenti