“Gömrük işçiləri barədə 3 cinayət işi açılıb” - Kamran Əliyev

“Gömrük işçiləri barədə 3 cinayət işi açılıb” - Kamran Əliyev
  09 Oktyabr 2018    Oxunub:1930
Dövlət Gömrük Komitəsi korrupsiyaya yol vermiş əməkdaşları barədə hüquqi qiymət verilməsi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2 material göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. Baş İdarə rəisi qeyd edib ki, hər iki material üzrə cinayət işlərinin başlanması nəzərdə tutulur.

“Eyni zamanda idarədə gömrük əməkdaşlarının fəaliyyəti ilə bağlı 3 cinayət işi var ki, onların istintaqı davam etdirilir”, - K.Əliyev bildirib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Gömrük   Korrupsiya  





Xəbər lenti