Komissiyanın yeni tərkibi təsdiqləndi - SİYAHI

  12 Oktyabr 2018    Oxunub : 363
Komissiyanın yeni tərkibi təsdiqləndi - SİYAHI
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

Komissiyanın sədri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Moldova tərəfinə bildiriş göndərmək tapşırılıb.

AzVision.az

Teqlər: