Arif Hacılı və İqbal Ağazadə bir-birini təhqir etdi - Qalmaqallı debatın VİDEOSU

Arif Hacılı və İqbal Ağazadə bir-birini təhqir etdi - Qalmaqallı debatın VİDEOSU
  16 Oktyabr 2018    Oxunub:11903
Ümid partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə və Müsavat başqanı Arif Hacılı 15-16 oktyabr 2003-cü il hadisələri ilə bağlı debatda bir-birinin ünvanına təhqiramiz ifadələr işlədiblər.
AzVision.az xəbər verir ki, Ümid sədri çıxışında Müsavatın keçmiş sədri İsa Qəmbəri qorxaq adlandırıb.

“Mitinq günü İsa Qəmbərə 4 dəfə zəng etdim ki, meydana gəlin. O, gəlmədi. İlk üç zəngimdə mənə söylədi ki, meydana gəlib-gəlməməklə bağlı fikirləşir. Nəhayət, dördüncü zəngimdə bildirdi ki, yoldadır, evə gedir”.



Bu zaman Arif Hacılı söhbətə müdaxilə etmək istəyib. Qarşılığında İ.Ağazadə onu susdurmağı bacarıb: “Arif bəy hər zaman belə cığal mövqe ilə yanaşmağın nə mənası var? Fikir bildirdiniz, indi mən fikrimi bildirirəm”.

Müsavat başqanı Ağazadəni “səviyyəli danışmağa” çağırıb. Keçmiş deputat isə cavabında “Səviyyəsiz özünüzsünüz. Bir az səviyyəli olun. Hesab düz gələndə hamı səviyyədən danışır”- deyib.

İ.Ağazadə çıxışını davam etdirib: “Bu hadisələrdə bizim çox böyük səhvlərimiz olub. İsa Qəmbər xalqın qarşısına çıxmalı idi”.

Bundan sonra söz A.Hacılıya verilib və o, deyib: “İstintaq materiallarında İqbal Ağazadə meydana təsadüfən gəldiyini bildirib. O dövrdə də bu mitinqin əleyhinə danışıb”.

İ.Ağazdə yenə rəqibini səhv çıxarmağa çalışıb. Müsavat başqanı həmsöhbətini “tərbiyəli olmağa” səsləyib. Bundan qəzəblənən Ümid sədri A.Hacılını “tərbiyəsiz” adlandırıb. Nəticədə, Müsavat başqanı debatı tərk etmək məcburiyyətində qalıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Müsavat   Arif-Hacılı   İqbal-Ağazadə   Ümid   Debat  





Xəbər lenti