Bakıda bir neçə ağac qəzalı vəziyyətə düşüb

Bakıda bir neçə ağac qəzalı vəziyyətə düşüb
  18 Oktyabr 2018    Oxunub:1150
Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun küçəsində 17 oktyabr 2018-ci il tarixində asfalt örtüyünün çökməsi nəticəsində ərazidə olan bir neçə ağac qəzalı vəziyyətə düşüb.
Azvision xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib və 2 sofora ağacının qəzalı vəziyyətə düşdüyü müəyyən edilib.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır. ETSN-nin mütəxəssislərinin iştirakı ilə qəzalı vəziyyətə düşən ağacların bioloji inkişafını bərpa etmək məqsədilə onlara aqrotexniki qulluq göstərilib, çökmüş sahə torpaqla doldurulub.

Azvision


Teqlər: ETSN  





Xəbər lenti