“Ermənistan vəziyyətin dondurulmasına çalışır” - İlham Əliyev

 “Ermənistan vəziyyətin dondurulmasına çalışır” -  İlham Əliyev
  24 Oktyabr 2018    Oxunub:1944
“ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında mühüm rol oynayır”

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşündə bildirib.
Dövlət başçısı qeyd edib ki, uzun illərdir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistan tərəfindən işğal edilib və bu işğalın nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:

“Ermənistanın bu işğalı beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasına əyani bir sübutdur. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı müvafiq qətnamələr qəbul edib. Bu qətnamələrə məhəl qoymayan Ermənistan isə status-kvonun saxlanılmasına və beləliklə, vəziyyətin dondurulmasına çalışır ki, bu da qəbuledilməzdir".

Prezident qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır və Azərbaycan ümid edir ki, Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyəti praktiki nəticələr verəcəkdir.

AzVision.az



Teqlər: İlham-Əliyev   Bolton   Qarabağ   Münaqişə  





Xəbər lenti