Paşinyanın açıqlamaları destruktiv xarakter daşıyır - Hikmət Hacıyev
“Operativ əlaqənin qurulması barədə səslənən fikirlərə gəldikdə isə onu deyə bilərik ki, bu, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri arasında qurulmuş əlaqə deyil. Bu kimi operativ əlaqə işçi qaydada müəyyən aşağı səviyyələr çərçivəsində qurulur. Ermənistan və Azərbaycan arasında münaqişə tərəfləri olaraq danışıqlar aparılır və bu baxımdan müəyyən təmasların olması normal haldır”, - deyə Prezident Administrasiyasının rəsmisi qeyd edib.
Azvision.az
Teqlər: PA Hikmət-Hacıyev Ermənistan