Milli Məclisin gündəliyi dəyişdi - Yenilənib

Milli Məclisin gündəliyi dəyişdi -  Yenilənib
  30 Oktyabr 2018    Oxunub:1650
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasının gündəliyində dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, bunu parlament sədrinin müavini Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, gündəlikdən 5 məsələ çıxarılıb. Bunlar "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Teatr və teatr fəaliyyəti haqqında" və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir. Beləliklə, iclasda 52 məsələ müzakirə ediləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Parlament  





Xəbər lenti