Nazirlik əlilin problemini həll etdi

Nazirlik əlilin problemini həll etdi
  31 Oktyabr 2018    Oxunub:1085
Bir sıra saytlarda Bərdə rayon sakini Əliyev Mütəllim Fərman oğlunun əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi barədə şikayəti ilə bağlı məlumatlar yayılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bununla bağlı dərhal araşdırma aparılıb
Nazirliyin mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, Bərdə şəhərindəki Tibbi-Sosial Ekspert Komissiyasının əməkdaşları vətəndaşla yaşadığı ünvanda görüşüblər.

Məlum olub ki, M.Əliyev 05.01.2012-ci il tarixdən Tibbi-Sosial Ekspert Komissiyasında əyani müayinə olunub və komissiya ona ümumi səbəbdən bir il müddətinə ikinci dərəcə əlillik təyin edib. M.Əliyevin 14.01.2016-cı il tarixdən ümumi səbəbdən ikinci dərəcə əlilliyi avtomatlaşdırılmış qaydada 5 il müddətinə uzadılıb.

Səhhətində ağırlaşma əmələ gəldiyinə görə, əlillik dərəcəsinin gücləndirilməsi üçün dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında M.Əliyevin əlillik vəziyyəti yenidən qiymətləndirilib. Göndərişdə qeyd edilmiş məlumatlar vətəndaşa birinci dərəcə əlillik təyinatının aparılması üçün əsas verdiyinə görə, M.Əliyevə birinci dərəcə əlillik təyin edilib.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti