Sürüşmə sahəsində xırda uçqunlar olub - ETSN

Sürüşmə sahəsində xırda uçqunlar olub -  ETSN
  08 Noyabr 2018    Oxunub:1459
Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, noyabr 8-də Badamdar sürüşmə sahəsində nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Yağan yağış nəticəsində sürüşmə sahəsindəki asılı vəziyyətdə olan torpaq kütlələrinin üzərində yeni xırda uçqunlar baş verib. Sürüşmənin yuxarı hissəsində olan qaya parçasının alt hissəsi qoparaq asılı vəziyyətdə qalıb. Monitorinqlər davam etdirilir.

Azvision.az



Teqlər: ETSN   Sürüşmə   Badamdar  





Xəbər lenti