Qadınlara qənim kəsilən Gülnarə tutuldu
Oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tovuz rayon sakini Gülnarə Novruzova saxlanılıb və o, ifadəsində oğurluq etdiyini etiraf edib.
Onun paytaxtın digər rayonlarında da gözəllik salonları və geyim dükanlarından oğurluqlar etdiyi məlum olub.
G.Novruzova əsasən qadınların çox olduğu məkanlara müştəri kimi daxil olaraq orada digər şəxsləri şəxsi əşyalarını və pullarını qanunsuz olaraq ələ keçirib.
Qeyd olunan faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdrilir.
Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail Rayon Polis İdarəsi, eləcə də 39-cu Polis Bölməsinə müraciət edə bilərlər.
Azvision.az