İmişli “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb - FOTOLAR

  16 Noyabr 2018    Oxunub : 1316
 İmişli “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb - FOTOLAR
Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İmişli “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Azvision.az xəbər verir ki, İmişli “ASAN xidmət” mərkəzi İmişli, Saatlı, Biləsuvar, Beyləqan, ZərdabFüzuli rayonlarında qeydiyyatda olan 624 mindən çox vətəndaşa xidmət göstərəcək. Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 10-u isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişliŞəkidə yerləşir.



“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.














Şahanə Rəhimli
Azvision.az

Teqlər: ASAN-Xidmət   İmişli