Qanunsuz ayrılan 50 min hektardan artıq torpaq geri qaytarılıb

 Qanunsuz ayrılan 50 min hektardan artıq torpaq geri qaytarılıb
  22 Noyabr 2018    Oxunub:1346
Ötən dövrdə yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında yarım milyona yaxın bələdiyyə aktına baxılıb.
Azvision.az xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

Nazir bildirib ki, həmin müddət ərzində 14 min bələdiyyə aktı ləğv edilib və ya dəyişdirilib, qanunsuz ayrılmış 50 min hektardan artıq torpaq sahəsi geri qaytarılıb, bələdiyyələrə 32 min tövsiyə göndərilib.

Azvision.az



Teqlər: Ədliyyə   Bələdiyyə  





Xəbər lenti