10 dövlətdə “ASAN xidmət” modelinin tətbiqilə bağlı iş aparılır

 10 dövlətdə “ASAN xidmət” modelinin tətbiqilə bağlı iş aparılır
  22 Noyabr 2018    Oxunub:4032
"Öz işimizdə ən yeni texnologiyaları tətbiq edirik. Bunun nəticəsidir ki, "ASAN xidmət" həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə qısa bir müddətdə böyük uğur qazandı".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O, xatırladıb ki, 2015 -ci ildə "ASAN xidmət" BMT tərəfindən mükafat layiq görülüb: "Bundan sonra BMT tərəfindən təşkilata üzv olan ölkələrə dövlət xidmətinin çatdırılmasında "ASAN xidmət" modelinin tətbiqi tövsiyə olunur. Bununla bir sıra dövlətlər maraqlanmağa başladı. Hazırda 10 dövlətdə bu modelin tətbiqi ilə bağlı işlər aparılır".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: ASAN-xidmət  





Xəbər lenti