“Azərişıq” borclu abonentlərin işığını kəsəcək

“Azərişıq” borclu abonentlərin işığını kəsəcək
  23 Noyabr 2018    Oxunub:1587
"Azərişıq" ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 27 Noyabr 2018-ci il tarixində saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Qurumun mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, borca görə elektrik enerjisinin təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

Azvision.az



Teqlər: Azərişıq  





Xəbər lenti