Azyaşlılara siqaret satanlar cərimələndi
Reydlər nəticəsində Nizami rayonu ərazisində 4, Xətai rayonu ərazisində isə 2 mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. Həmin mağaza və köşklərin 6 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və hər biri 100 manat cərimə olunub. Bu istiqamətdə reydlər davam etdirilir.
Azvision.az
Teqlər: