359 ədəd mina və hərbi sursat aşkarlanıb
Əməliyyatlarda 480 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 531,572,550 kv.m ərazi təmizlənib, 800,951 ədəd PHS tapılaraq zərərsizləşdirilib.
Noyabr ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 10, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 8 və Rayon Polis şöbələrindən 2 müraciət daxil olub. Müraciətlər əsasında 12,630 kv.m ərazi təmizlənib, 176 ədəd PHS aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib
Azvision.az
Teqlər: ANAMA