Qışın gəlişinə 18 gün qaldı - Dəqiq vaxt açıqlandı

  04 Dekabr 2018    Oxunub : 738
Qışın gəlişinə 18 gün qaldı - Dəqiq vaxt açıqlandı
Bu il Azərbaycana qış fəsli dekabrın 22-də daxil olacaq.
Azvision.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, qış fəsli ölkəyə dekabrın 22-si saat 02:22:42-də qədəm qoyacaq.

Qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq.

Aytən Zəhra
Azvision.az

Teqlər: AMEA   Qış