Elmin İnkişafı Fondu seminar keçirib
“Springer Nature” şirkəti ilə birgə keçirilən seminarda elmi məqalələrin ingilis dilində yazılması və təqdim olunması qaydaları ilə bağlı ətraflı məlumat veriləcək. Elçin Babayev qeyd edib ki, dünyada “yırtıcı jurnallar” adlanan şəbəkələr bəzən alimləri aldadaraq “nüfuzlu” adı altında onların məqalələrini çap etməyə cəhd edirlər. Seminarın əsas məqsədi alimləri belə jurnallar barədə məlumatlandırmaq, onların diqqətini nüfuzlu, impakt faktorlu jurnallara yönəltməkdir.
Seminarda “Springer Nature” şirkətinin Lisenziyalaşdırma müdiri Merve Okur Karagülle şirkətin profili, Azərbaycanda tədqiqat nəticələri barədə məruzə edib. O, həmçinin Azərbaycan və “Springer Nature” əməkdaşlığının perspektivlərinə dair fikirlərini də bölüşüb. “Springer Nature” şirkətinin satış direktoru Şahin Giray isə iki sessiya ərzində effektiv əlaqələndirici olmağın yolları, məqalə əlyazmasının çapa hazırlanması, düzgün elmi jurnal seçimi və elmi məqalənin çap üçün təqdim olunma prosesi haqqında təlim keçib.
Tədbirin sonunda suallar cavablandırılıb. Seminarda elm və tədris müəssisələrində çalışan alimlər, mütəxəssislər, doktorant və dissertantlar iştirak ediblər.
Azvision.az
Teqlər: