Gömrükdə 70 kq balıq aşkar edildi

Gömrükdə 70 kq balıq aşkar edildi
  05 Dekabr 2018    Oxunub:1544
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiyadan qayıdan, Azərbaycan vətəndaşına məxsus "QAZ 31029" markalı avtomobil saxlanılıb.
Komitədən Azvision.az-a verilən məlumata görə, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin arxa oturacağının arxasında - qaz balonunun altında gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 70 kq olan 20 ədəd balıq aşkarlanıb.

Azvision.az


Teqlər: Gömrük   Balıq   DGK  





Xəbər lenti