Müəllim və valideynlərin müraciətləri dinlənilib

Müəllim və valideynlərin müraciətləri dinlənilib
  07 Dekabr 2018    Oxunub:1367
Dekabrın 7-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin yaradılması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

İdarədən Azvision.az-a bildirilib ki, Bakıdakı 27 nömrəli tam orta məktəbdə Xətai və Suraxanı rayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, birnövbəli sistemə keçid, buraxılış imtahanlarındakı dəyişikliklər və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Azvision.az



Teqlər: Müəllim   Valideyn  





Xəbər lenti