Baytarlara maşın veriləcək

Baytarlara maşın veriləcək
  08 Dekabr 2018    Oxunub:4198
Azərbaycanda baytarlara avtomobil veriləcək.
Bunu Azvision.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

O bildirib ki, yerlərdə baytarlıq xidmətinə artan tələbə uyğun olaraq tender elan edilib: "Baytarlıq sahəsinin nəqliyyat vasitələri ilə təmin olunması istiqamətində müvafiq işlər görülür və yaxın günlərdə avtomobillər baytarlara veriləcək. İmkan düşdükcə baytarlıq xidməti əməkdaşlarının nəqliyyat vasitəsi ilə təminatı davam etdiriləcək. Güman edirik ki, bununla baytarlıq işi daha da yaxşılaşacaq və onların çağırışlara vaxtında getməsi təmin ediləcək".

Y.Xanvəlinin sözlərinə görə, nəqliyyat vasitələri ilkin mərhələdə ehtiyac duyulan rayonlara veriləcək.

Aytən Zəhra
Azvision.az



Teqlər: Baytar   Maşın  





Xəbər lenti