Leyla Əliyeva Bakıda beynəlxalq foruma qatıldı - FOTOLAR

  10 Dekabr 2018    Oxunub : 3422
Leyla Əliyeva Bakıda beynəlxalq foruma qatıldı - FOTOLAR
Bakıda aqrar texnologiyalar və yaşıl enerji üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçirilir.
Azvision.az xəbər verir ki, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva, kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və digər qonaqlar iştirak edirlər.

Beynəlxalq forumun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.

Forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin çıxışları nəzərdə tutulur.















Azvision.az

Teqlər: Forum   Bakı