Bakıda QDİƏT nazirlərinin iclası keçirilib - FOTOLAR

  14 Dekabr 2018    Oxunub : 3020
 Bakıda QDİƏT nazirlərinin iclası keçirilib - FOTOLAR
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

İclasdan öncə nazirlər xatirə şəkili çəkdiriblər. Açılış nitqi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Nazir bildirib ki, Azərbaycan QİDƏT-ə sədrlik etdiyi dövrdə regional əməkdaşlıq, xüsusilə nəqliyyat dəhlizləri məsələlərinə diqqət ayırıb:

"Əminəm ki, QİDƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası əməkdaşlıq məsələlərini müzakrə etmək üçün çox gözəl imkan olacaq. Gündəliyimiz olduqca zəngindir. Biz təşkilatımızın effektliyinin artırılmasından tutmuş, enerji, tranzit, turizm, kənd təsərrüfatı kimi sahlərdə əməkdaşlıq məsələlərini müzakirə edəcəyik".

İclasdan sonra mətbuat konfransı təşkil olunub.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.

Xatırladaq ki, Azərbaycan QDİƏT-ə sədrliyi bu ilin iyun ayında qəbul edib. Nazir Elmar Məmmədyarov bildirib ki, təşkilata sədrlik dövründə prioritet regionda nəqliyyat qovşağının inkişafı olacaq. Onun sözlərinə görə, Azərbaycan bu müddətdə turizm, kənd təsərrüfatı, rabitə kimi sahələrin inkişafına da xüsusi diqqət yetirəcək.





















Elvin Abdulqədirov
FOTO: Şahin Sərdarov

Azvision.az

Teqlər: QDİƏT   XİN